"Liverpul"un gözü brazilyalı ulduza düşüb
"Liverpul"un baş məşqçisi Arne Slot "Real Madrid"in brazilyalı futbolçusu Rodriqonun transferini rəhbərliktən tələb edib.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Santi Aouna öz "X" hesabında paylaşım edib.
24 yaşlı futbolçu klubdan ayrılmaq fikrinə düşüb. Buna səbəb rəhbərliklə arasında olan problemdir.
Qeyd edək ki, Rodriqo ötən mövsüm meydana çıxdığı 54 matçda 14 qol 10 asistlə yadda qalıb.
O, "Real"a 2019-cu ilin yayında "Santos"dan 45 milyon avro qarşılığında transfer olunmuşdu.