"Liverpul"un gözü "Real"ın ulduzuna düşüb
"Liverpul" "Real Madrid"in ulduz futbolçusu Rodriqo ilə yaxından maraqlanır.
Sportline.az "Football İnsider" nəşrinə istinadən xəbər verir ki, Mersisayd klubu Rodriqo üçün 100 milyon avro ödəməyə hazırdır.
Lakin "Real Madrid"in rəhbərliyi 24 yaşlı futbolçunu satmaq niyyətində deyil.
Qeyd edək ki, Rodriqonun Madrid klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
O bu mövsüm çıxış etdiyi 39 matçda 13 qol və 8 asistlə yadda qalıb.