Livramento "Mançester Siti"nin hədəfindədir
Tino Livramento "Mançester Siti"nin transfer hədəfinə çevrilib.
Sportline.az xəbər verir ki, bu haqda "Telegraph" nəşri məlumat yayıb.
23 yaşlı futbolçunun "Nyukasl"la sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.
Qeyd edək ki, Livramento cari mövsüm meydana çıxdığı 21 matçda 1 asistlə yadda qalıb.