"Los-Anceles Klippers" pley-off seriyasında hesabı bərabərləşdirdi

Bu gün NBA-nın pley-off seriyasında növbəti oyunlar olub.

Sportline.az xəbər verir ki, azarkeşlərin böyük maraqla gözlədiyi digər oyunda "Los - Anceles Klippers" seriyanın 2-ci oyununda "Dallas Meviriks"lə qarşılaşıb.

Gərgin mübarizə ilə keçən matçın ilk hissəsi "Dallas"ın xeyrinə yekunlaşıb - 23:19.

İkinci periodda isə bərabərlik qeydə alınıb  - 22:22. Fasilədən sonra tədricən toparlanan meydan sahibləri 3-cü periodda qələbə qazansalar da, sonuncu hissədə məğlub olaraq görüşdən məyus ayrılıblar - 93:96.

Bu nəticə ilə seriyada hesab bərabərləşib - 1:1.

Matçın ən yaxşı basketbolçusu 32 xal, 6 ribaund, 9 asistlə "Dallas"dan Luka Donciç olub.