“Los Anceles Klippers”in basketbolçusu tarixə düşüb

"Los Anceles Klippers"in “Denver Naqets”i 102-100 hesabı ilə məğlub etdiyi matç super ulduz Ceyms Harden üçün əlamətdar olub.

Sportline.az Beinsports.com-a istinadla xəbər verir ki, ABŞ-li ulduz basketbolçu bu oyunda NBA tarixində 25 min xal, 6 min ribaund, 7 min asist həddinə çatan 4-cü basketbolçu olub.

Daha əvvəl bu uğura Rassel Vestbruk, Oskar Robertson və Lebron Ceyms nail olub.

Qeyd edək ki, “Klippers”lə “Denver” arasında keçirilən görüşün ən məhsuldar oyunçusu 36 xal, 17 ribaund,10 asistlə “triple-double” edən Nikola Yokiç olub.