"Los-Anceles Leykers" super ulduzun müqaviləsini uzadıb
"Los Anceles Leykers" klubu bu yay müqaviləsi başa çatan Lebron Ceymslə bağlı yekun qərarı verib.
Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, Los Anceles təmsilçisi 39 yaşlı basketbolçu ilə 2 illik müqavilə imzalayıb.
Müqavilənin şərtlərinə əsasən Lebron 2 il üçün klubdan 104 milyon dollar qazanacaq.
Qeyd edək ki, ulduz basketbolçu növbəti mövsümdən etibarən oğlu Broni Ceymslə bir komandada çıxış edəcək.