“Los Anceles Leykers”dən əzmkar qələbə

Mövsümün ən idealı komandalarında olan “Los Anceles Leykers” növbəti yoxlama matçını keçirib.

Sportline.az xəbər verir ki, “Los Anceles Leykers” səfərdə “Finiks Sans”la qarşılaşıb. Görüş “Leykers” basketbolçularının 128:122 hesablı qələbəsi ilə başa çatıb.

Matçın ən məhsuldar basketbolçusu “Los Anceles Leykers”in oyunçusu Entoni Deyvis olub. 35 xal 10 ribaund 4 asist.

“Finiks Sans”ın məhsuldar oyunçusu isə Devin Buker olub. 22 xal 3 ribaund 2 asist.

Qeyd edək ki, “Leykers”in əfsanə basketbolçusu Lebron Ceyms matçda iştirak etməyib.