Luçesku Ardadan imtina edib

Türkiyə seçməsinin baş məşqçisi Mirça Luçesku oktyabrın 9-da Finlandiya ilə səfər oyununda  Arda Turanın xidmətinə ehtiyac duymayıb. Sportline.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, onunla yanaşı, Burak Yılmaz, Selçuk İnan və Caner Erkin də Finlandiyaya aparılmayıb. Arda İslandiya ilə oyunda azarkeşlərin etirazı ilə qarşılaşdığı halda,  Burak və Selçukun yüngül zədəsi var. Caner isə sarı vərəqə cəzalısıdır.  Qeyd edək ki, hazırda Türkiyə millisi İ qrupunda 14 xalla 4-cü pillədədir və finala yüksəlmək imkanlarını dəfn edib.