Luis Diaz "Atletiko"nun radarına düşüb

"Liverpul"un kolumbiyalı futbolçusu Luiz Diaz karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, "Atletiko Madrid" L.Diaz üçün mövsümün sonunda "Liverpul"a rəsmi təklif göndərəcək.

Mersisayd klubu 28 yaşlı futbolçu üçün 70 milyon avro tələb edir.

Qeyd edək ki, Luiz Diazın "Liverpul"la müqaviləsi 2027-ci ilin yayına qədərdir.

O bu mövsüm çıxış etdiyi 38 matçda 13 qol və 4 asistlə yadda qalıb.