Luiz Diaz "Liverpul"dan ayrılmaq istəyir

"Liverpul"un kolumbiyalı futbolçusu Luiz Diaz klubdan ayrılmaq istədiyini açıqlayıb.

Sportline.az xəbər verir ki, bu haqda "The Athletic" nəşri məlumat yayıb.

"Bavariya" Diaz üçün "Liverpul"a 58 milyon avro təklif göndərib.

Lakin Mersisayd klubu bu təklifi rədd edib.

Qeyd edək ki, "Liverpul"un rəhbərliyi futbolçunu satmaq niyyətində deyil.