Luiz Enrike: “Biz sevincliyik, amma eyni zamanda yorğunuq”
Luiz Enrike maraqlı açıqlamaları ilə gündəmə gəlib.
Sportline.az xəbər verir ki, ispaniyalı mütəxəsis bu fikirləri səsləndirib;
“Biz sevincliyik, amma eyni zamanda yorğunuq. Fransa Kuboku şənbə günü başlayır və bu inanılmaz ili mümkün olan ən yaxşı şəkildə başa vurmaq istəyirik. Komandanın etdikləri barədə çox danışmağın lazım olduğunu düşünmürəm. Hər şey onsuz da göz önündədir, hamı bunu görüb. Əsas olan hər anın, hər günün dadını çıxarmaqdır, - L.Enrike bildirib.