Lukaku 9 nömrə oldu
Romelu Lukakunun "Çelsi"dəki forma nömrəsi müəyyənləşib.
Sportline.az klubun "İnstaqram" səhifəsinə istinadən xəbər verir ki, belçikalı hücumçu London təmsilçisində 9 nömrəli forma ilə çıxış edəcək.
Xatırladaq ki, daha əvvəl bu nömrəli formanı "Roma"ya transfer olunan Temmi Abraham geyinib.