Lukman “Atalanta”da qalacaq

Ademola Lukmanın Türkiyə komandalarına transferi gerçəkləşmədi.

Sportline.az xəbər verir ki, “Atalanta”nın ingiltərəli gənc futbolçusu Ademola Lukman üçün Türkiyə klublarına keçid variantı heç vaxt gündəmə gəlməyib.

Bu haqda "Sky Sports" məlumat yayıb.

Futbolçu 2025/26 mövsümü üçün “Atalanta”nın Çempionlar Liqası heyətinə daxil edilib.

Transfer pəncərəsinin son 48 saatında isə Almaniya nəhəngi “Bavariya” klubunun satınalma opsiyonu ilə icarə təklifini klub nəzərə almayıb.