Lukman İspaniya nəhənginin hədəfindədir
“Atalanta”nın nigeryalı futbolçusu Ademula Lukman mövsümün sonunda klubla vidalaşa bilər.
Sportline.az “Fichajes” nəşrinə istinadən xəbər verir ki, “Atletiko Madrid” Lukmanla yaxından maraqlanır.
Bu keçid üçün Madrid klubu qarşı tərəfə 60 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Lukmanın “Atalanta” ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir.