Mahir Emrelinin bu addımı qəzəbə səbəb oldu

Almaniyanın “Kayzerslautern” klubunun futbolçusu Mahir Emreli maraqlı addımı ilə yenidən gündəmə gəlib.

Sportline.az xəbər verir ki, son 6 oyunda adı iştirak ərizəsinə salınmayan hücumçu komandasının ötən turda buraxdığı qolu “bəyənməklə” etirazlara səbəb olub. Söhbət onun sabiq komandası "Nürnberq"in vurduğu qoldan gedir.

O, 1:1 hesabı ilə bitən oyunda keçmiş komanda yoldaşı Robin Knoxun penaltidən vurduğu qolla bağlı paylaşımını bəyənib.

Mahirin bu hərəkəti yerli azarkeşlərin ciddi etirazına səbəb olub.