Mahir Emrelidən dubl, "Legiya" qrupda!

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya"sı Avropa Liqasının qrupuna yüksəlib.

Sportline.az xəbər verir ki, Varşava təmsilçisi pley-off mərhələsinin cavab görüşündə Çexiyanın "Slaviya" (Praqa) komandasını qəbul edib.

Matça start heyətdə başlayan Emreli komandası 0:1 hesabı ilə geridə olduğu vaxt 59-cu və 70-ci dəqiqələrdə fərqlənməklə komandasına qələbə qazandırıb - 2:1. 80-ci dəqiqədə isə o, yerini Ernest Muçiyə verib.

Praqadakı ilk görüş 1:1 hesablı heç-heçə ilə yükenlaşmışdı. Həmin oyunda da Polşa klubunun yeganə qolunu məhz Emreli vurub. Beləliklə, "Legiya" "Slaviya"nı iki oyunun yekununda üstələyib. Mahir Emreli isə iki oyunda üst-üstə 3 qol, avrokuboklarda isə ümumilikdə 5 qol vurub.