Mahir Şükürov: "İnanıram ki, azarkeşlərimiz bizi tək qoymayacaqlar"

"İnter”lə oyundakı qələbəmizin davamını gətirmək istəyirik”. SportLine.az klubun saytına istinadən xəbər verir ki, bu sözləri “Neftçi”nin futbolçusu Mahir Şükürov deyib.

34 yaşlı müdafiəçi klubun rəsmi saytına açıqlamasında Topaz Premyer Liqasının XII turunun “Sumqayıt”la səfər matçı haqda fikirlərini açıqlayıb: "Sumqayıt”a ilk dövrədə məğlub olmuşduq. Bu baxımdan  qarşıdakı oyunda azarkeşlərimizi sevindirmək istəyirik. Səfər oyunu olmasına baxmayaraq, inanıram ki, onlar bizi tək qoymayacaqlar. Qış fasiləsinə qədər qalan oyunlarımızda maksimum xal toplamağa çalışacağıq”.

Qeyd edək ki, "Sumqayıt” – "Neftçi” oyunu noyabrın 20-də keçiriləcək. Sumqayıt şəhər stadionundakı görüş saat 14:00-da başlayacaq.