Mahirin komandası Avroliqada ilk oyununa çıxır
Millimizin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Legiya" bu gün Avropa Liqasında ilk oyununa çıxacaq.
Sportline.az xəbər verir ki, Çempionlar Liqası ilə vidalaşdığı üçün mübarizəni bu turnirdə davam etdirən Polşa təmsilçisi pley-offun ilk görüşündə səfərdə "Slaviya" (Çexiya) ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü avqustun 26-ı keçiriləcək.
19 avqust
21:00. "Slaviya" (Çexiya) - "Legiya" (Polşa)