"Makkabi" Tel Əviv tarixində 57-ci dəfə İsrail çempionu olub

İsrail Basketbol Liqasında 2023/2024 mövsümünə yekun vurulub.

Sportline.az xəbər verir ki, "Makkabi" Tel Əviv final seriyasının həlledici 3-cü oyununda "Hapoel" Tel Əvivlə qarşılaşıb.

Görüş 82-74 hesabı ilə ev sahiblərinin xeyrinə yekunlaşıb və "Makkabi" komandası tarixində 57-ci dəfə İsrail Liqasının qalibi olub.(Ümumi hesab 2-1)

Qeyd edək ki, final qarşılaşmasının ən məhsuldar basketbolçusu 19 xal, 9 ribaundla Roman Sorkin olub.