Makqreqor qayıdır...

İki çəki dərəcəsində sabiq UFC çempionu Konor Makqreqor tezliklə oktaqona qayıdacağını açıqlayıb.

Sportline.az xəbər verir ki, irlandiyalı döyüşçü sosial şəbəkə hesabları üzərindən ictimaiyyətə səslənib:

"Tarixin ən böyük qayıdışı! Siz şahid olmaq istəyirsinizmi?"

Makqreqor artıq bir ildən çoxdur ki, döyüşlərdə iştirak etmir. Son dəfə ötən ilin yayında, UFC 264 turnirində Dastin Puarye ilə qarşılaşan Konor ilk raunddaca ayağını sındıraraq məğlub olub.