"Mançester Siti" 6 futbolçusu ilə yeni müqavilə imzalayır

"Mançester Siti" bir neçə aparıcı futbolçusu ilə yeni müqavilə imzalamağa hazırlaşır.

Sportline.az "The Athletic"ə istinadən xəbər verir ki, Mançester təmsilçisi qapıçısı Edersonla müqavilənin müddətini 2025-ci ilin yayına kimi uzatmaq istəyir. Klub tezliklə bununla bağlı qolkiperlə danışıqlara aparacaq.

"Mançester Siti" eyni zamanda Ruben Diaş, Con Stounz, Fil Foden, Rahim Sterlinq və Riyad Mahrezə yeni müqavilə təklif edəcək.