"Mançester Siti" ingiltərəli futbolçu ilə razılıq əldə edib
"Mançester Siti" klubu heyətinə daha bir futbolçunu transfer etməyə hazırlaşır.
Sportline.az "Football İnsider" nəşrinə istinadən xəbər verir ki, "Nottingem Forest"in ingiltərəli futbolçusu Morqan Gibbs-Vayt yeni mövsümdən etibarən "Mançester Siti"nin formasını geyinəcək.
"Şəhərlilər" futbolçunun meneceri ilə razılıq əldə edib.
Qeyd edək ki, "Nottingem Forest"in rəhbərliyi ən azı 50 milyon avro tələb edir.
Gibbs Vaytın klubla müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.