"Mançester Siti"dən tarixi transfer
Qış transfer pəncərəsindən qapıçı axtarışına çıxan "Mançester Siti", nəhayət istəyinə çatıb.
SportLine.az goal.com saytına istinadən xəbər verir ki, "şəhərlilər" "Benfika"nın braziliyalı qapıçısı Edersonun keçidini rəsmiləşdirməyə yaxındır. Futbolçu artıq tibbi müayinədən keçmək üçün İngiltərəyə yollanıb. Onunla yaxın günlərdə müqavilə imzalanacağı gözlənilir.
Edersonun keçidi 35 milyon funt-sterlinqə başa gələcək. Bu isə onu futbol tarixinin ən bahalı qapıçısı edəcək.
Xatırladaq ki, bunadək Canluici Buffon 31 milyon funt-sterlinqlik dəyərlə zirvədə idi.