"Mançester Siti" qiymət qoydu
"Arsenal" "Mançester Siti"nin yarımmüdafiəçisi Ticcani Reyndersi heyətinə qatmaq niyyətindədir.
Sportline.az xəbər verir ki, "topçular" niderlandlı futbolçunun meneceri ilə danışıqlara başlayıb.
"Team Talk"un yaydığı məlumata görə, "şəhərlilər" bu keçid üçün qarşı tərəfdən 45 milyon avro tələb edir.
Qeyd edək ki, T.Reynders cari mövsüm meydana çıxdığı 46 matçda 7 qol, 8 asistlə yadda qalıb.