"Mançester Siti" və "Çelsi" transfer yarışına girib

"Leipziq"in niderlandlı futbolçusu Xavi Simons karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az "Talk Sport" nəşrinə istinadən xəbər verir ki, "Mançester Siti" və "Çelsi" 22 yaşlı futbolçunu transfer etmək üçün yarışa girib.

Simonsun dəyəri 70 milyon avrodur.

Qeyd edək ki, sözü gedən futbolçunun Almaniya klubu ilə sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir.