"Mançester Siti"dən 26-cı qələbə

İngiltərə Premyer Liqasının 33-cü turunda "Mançester Siti" "Kardiff Siti" ilə qarşılaşıb.

Sportline.az xəbər verir ki, "Liverpul"la çempionluq mübarizəsi aparan "şəhərlilər" cari mövsümdə 26-cı qələbələrini qazanaraq, yenidən liderliyə yüksəliblər.

"Mançester Siti" 2:0 "Kardiff Siti"
Qollar:
 Kevin de Brüyne, 6 (1:0), Leroy Sane, 44 (2:0).