Mastantuono "Fiorentina"da

"Real" futbolçusu Franko Mastantuononu "Fiorentina"ya icarəyə göndərib.

Sportline.az xəbər verir ki, bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb.

18 yaşlı yarımmüdafiəçi 2027-ci il iyunun 30-na qədər A seriyası təmsilçisində çıxış edəcək.

Gənc futbolçu ötən mövsüm La Liqada 23 oyunda meydana çıxıb və 1 qol vurub.