"Çelsi" "Milan"a böyük hesabla qalib gəldi
"Çelsi" yoldaşlıq görüşündə "Milan"ı 3:0 hesabı ilə məğlub edib.
Sportline.az xəbər verir ki, Cakartadakı "Bunq Karno" stadionunda keçirilən matçda hesabı 45+2-ci dəqiqədə Joao Pedro açıb. Braziliyalı hücumçu 46-cı dəqiqədə dubl edib. "Çelsi" 50-ci dəqiqədə fərqi üç topa çatdırıb. Bu dəfə Moyzes Kaysedo fərqlənib.
8 avqust
Yoxlama oyunu
"Çelsi" - "Milan" - 3:0
Qollar: J.Pedro, 45+2, 46, M.Kaysedo, 50
Qeyd edək ki, ötən mövsüm "Çelsi" İngiltərə Premyer Liqasında 10-cu, "Milan" isə A Seriyasında 5-ci yeri tutub.