"Turan Tovuz"dan getdi, "Rusenborq"a keçdi

“Turan Tovuz”dan ayrılan Mark Mampassi Norveçdə çıxış edəcək.

Sportline.az xəbər verir ki, 23 yaşlı müdafiəçi “Rusenborq”la 2029-cu ilin yayına kimi müqavilə imzalayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Moskva “Lokomotiv”nin üzvü olan futbolçu ötən mövsüm “Turan Tovuz”da icarə əsasında çıxış edib. 

Qeyd edək ki, Mampassi Tovuz klubunda 11 oyun keçirib.