"Mançester Siti"dən 5 cavabsız qol

"Mançester Siti" İngiltərə Premyer Liqasında növbəti oyuna çıxıb.

Sportline.az xəbər verir ki, Pep Qvardiolanın baş məşqçisi olduğu komanda 2-ci turda "Norviç"i qəbul edib. Matç meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

"Mançester Siti" - "Norviç" - 5:0
Qollar
: Krul, 7-avtoqol, Qriliş, 22, Laport, 64, Sterlinq, 71, Mahrez, 84

"Mançester Siti" hazırda 3 xalla 4-cü, xalı olmayan "Norviç" 20-ci pillədə qərarlaşıb.