"Mançester Siti"dən ayrılmaq istəyən 3-4 oyunçu var"

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Bernardo Silvanın klubdan ayrılmaq istəməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib .

Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, o, bununla bağlı deyib: "Tək Bernardo yox, klubdan ayrılmaq istəyən 3-4 oyunçu var, amma onlar müqaviləli futbolçularımızdır. Bəzi təkliflər olduqda və ayrılmaq istədikdə, komandadakı bütün oyunçularla hər şeyi müzakirə etməyə hazırıq".

Qeyd edək ki, Silva ötən mövsüm İngiltərə Premyer Liqasında meydana çıxdığı 26 oyunda 2 qol vurub və 6 qolun ötürməsini verib.