"Mançester Siti"dən Kamavinqa həmləsi

"Mançester Siti" "Real Madrid"in fransalı yarımmüdafiəçisi Eduardo Kamavinqa üçün rəsmi təklif göndərməyi planlaşdırır.

Sportline.az xəbər verir ki, bu haqda "Transferdot.com" saytı məlumat yayıb.

İngiltərə klunun rəhbərliyi Kamavinqa üçün "Real Madrid"ə 100 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, 22 yaşlı futbolçu 2021-ci ilin yayında 31 milyon avro qarşılığında "Renn"dən "Real"a transfer olmuşdu.

O bu mövsüm çıxış etdiyi 25 matçda 1 qol və 2 asistlə yadda qalıb.

Kamavinqanın "Real Madrid"lə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.