"Mançester Siti"dən uğursuz həmlə

"Mançester Siti" "Barselona"nın fransalı futbolçusu Jul Kunde üçün rəsmi təklif göndərib.

Sportline.az "El Nacional"a istinadən xəbər verir ki, Kataloniya klubu bu təklifi qəbul etməyib.

Kundenin "Barselona" ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Qeyd edək ki, 26 yaşlı futbolçu cari mövsüm çıxış etdiyi 40 matçda 3 qol və 8 asistlə yadda qalıb.

Onun transfer qiyməti 60 milyon avro olaraq qiymətləndirilir.