"Mançester Siti"nin yeni hədəfi
"Mançester Siti"nin yeni transfer hədəfi bəlli olub.
Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, "Jirona"nın ispaniyalı futbolçusu Migel Gutiyerez "Mançester Siti"nin maraq dairəsinə düşüb.
İspaniya klubu bu keçid üçün qarşı tərəfdən 30 milyon avro tələb edir.
Qeyd edək ki, M.Gutiyerezin "Jirona" ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.
23 yaşlı müdafiəçi cari mövsüm çıxış etdiyi 26 matçda 2 qol və 5 asistlə yadda qalıb.
Gutiyerez "Real Madrid" yetirməsi sayılır.