"Mançester Yunayted" argantinalı qapıçı ilə maraqlanır
"Mançester Yunayted" "Aston Villa"nın argentinalı qapıçısı Emilyano Martinezi transfer etmək üçün hərəkətə keçib.
Sportline.az "Mail Sport"a istinadən xəbər verir ki, Mançester klubunun rəhbərliyi oyunuçunun meneceri ilə bu həftə görüşəcək.
Martinez "Aston Villa"dan ayrılmaq istədiyini rəhbərliyə bildirib.
Qeyd edək ki, 32 yaşlı kiperin Birmingem klubu ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədərdir.