"Mançester Yunayted" "Barselona"ya elçi düşüb

"Mançester Yunayted"in yeni transfer hədəfi bəlli olub.

Sportline.az "Mail Sport"a istinadən xəbər verir ki, "Barselona"nın ispaniyalı futbolçusu Fermin Lopez "Mançester Yunayted"in transfer siyahısında yer alıb.

21 yaşlı futbolçunun transfer qiyməti 50 milyon avro olaraq təyin olunub.

Qeyd edək ki, Fermin Lopezin "Barselona" ilə müqaviləsi 2029-cu ilin yayına qədər nəzərdə tutulub.

O bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 25 matçda 5 qol və 5 asistlə yadda qalıb.