"Mançester Yunayted" "Bavariya"nın futbolçusunun izinə düşüb

"Mançester Yunayted" klubu yeni mərkəz müdafiəçisi axtarışına çıxıb. 

Sportline.az jurnalist Kristian Folkun məlumatına istinadən xəbər verir ki, "Bavariya"nın fransız stoperi Dayo Upamekano "Mançester Yunayted"in 1 nömrəli hədəfinə çevrilib.

Münhen klubu 26 yaşlı futbolçu üçün 50 milyon avro tələb edir.

Qeyd edək ki, Upamekanonun "Bavariya" ilə sözləşməsi 2026-cı ilin iyun ayına qədərdir.