"Mançester Yunayted" braziliyalı futbolçunun keçidini həll etmək üzrədir
"Mançester Yunayted" "Atalanta"nın futbolçusu Edersonu heyətinə qatmağa yaxındır.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Ben Yakops məlumat yayıb.
26 yaşlı yarımmüdafiəçi bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 41 matçda 3 qol, 2 asistlə yadda qalıb.
Qeyd edək ki, Edersonun dəyəri 40 milyon avrodur.