"Mançester Yunayted" "Brentford"la razılaşıb

"Mançester Yunayted" nəhayət ki, arzuladığı transferi reallaşdırmaq üzrədir.

Sportline.az xəbər verir ki, söhbət "Brentford"un kamerunlu futbolçusu Brayan Embumudan gedir.

Bu haqda "Transferdot.com" saytı məlumat yayıb.

Hər iki klub arasında ilkin razılıq əldə olunub. "Mançester Yunayted" Embumu üçün təxminən 60 milyon avro ödəyəcək.

Qeyd edək ki, 25 yaşlı futbolçu ötən mövsümü 42 matçda 20 qol 8 məhsuldar ötürmə ilə tamamlayıb.