"Mançester Yunayted" futbolçusunu "Barselona"ya sata bilər

"Mançester Yunayted" ingiltərəli futbolçusu Markus Reşfordu satmaq qərarına gəlib.

Sportline.az "El Nacional" nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı futbolçu üçün İngiltərə klubu 40 milyon avro tələb edir.

"Barselona" sözü gedən futbolçunu transfer etmək üçün hərəkətə keçib. 

Reşfordun arzusu Kataloniya klubunda çıxış etməkdir. Hətta oyunçu maaşının azalmasına belə razıdır.

Qeyd edək ki, təcrübəli sol cinah vingerinin "Mançester Yunayted"lə sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.

Markus ötən mövsümün ikinci yarısını "Aston Villa"da icarə əsasında keçirib.

O geridə qalan mövsümdə bütün turnirlər daxil olmaqla çıxış etdiyi 41 matçda 11 qol 8 məhsuldar ötürmə müəllifi olub.

Xatırladaq ki, Markus Reşford "Mançester Yunayted"in öz yetirməsidir.