“Mançester Yunayted” ingiltərəli futbolçusuna təzminat ödəməyə hazırdır

"Mançester Yunayted" ingiltərəli futbolçusu Ceydon Sançonu satmaq fikrində qətidir.

Sportline.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, İngiltərə klubu Sançoya 4.3 milyon avro təzminat ödəməyə hazırdır.

"Yuventus" klubu 25 yaşlı futbolçunu transfer etmək istəyir.

Qeyd edək ki, C.Sanço ötən mövsümü "Çelsi"də icarə əsasında keçirib.