“Mançester Yunayted” kapitanı ilə vidalaşa bilər
“Mançester Yunayted”in kapitanı Bruno Fernandeş gələn ilin yayında komandasını dəyişə bilər.
Sportline.az “Football İnsider” nəşrinə istinadən xəbər verir ki, adı açıqlanmayan Səudiyyə Ərəbistanı klubu Brunonu transfer etmək istəyir.
31 yaşlı yarımmüdafiəçinin transfer qiyməti 50 milyon avrodur.
Qeyd edək ki, Portuqaliya millisinin futbolçusu bu mövsüm meydana çıxdığı 8 matçda 2 qolla yadda qalıb.