"Mançester Yunayted" qapıçısını satmağa hazırdır
"Mançester Yunayted" qapıçısı Andre Onana ilə bağlı qərar verib.
Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, İngiltərə klubu 29 yaşlı futbolçunu satmaq qərarına gəlib.
Onananın klubla sözləşməsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, sözü gedən oyunçu ilə Səudiyyə Ərəbistanı klubları yaxından maraqlanır.