"Mançester Yunayted" qələbəni son dəqiqədə əldən verdi

İngiltərə "Premyer Liqa"sında 20-ci tur start götürüb. SportLine.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutub.

Ən maraqlı nəticə "Nyukasl" - "Mançester Yunayted" oyununda  qeydə alınıb. Son dəqiqəyə qədər üstün olan "Qırmızı şeytanlar" qələbəni əldən veriblər.

12 yanvar 2016
"Premyer Liqa", 20-ci tur


"Aston Villa" - "Kristal Palas" - 1:0
Qol:
 Leskot, 58 (1:0)

"Bornmut" - "Vest Hem" - 1:3
Qollar:
 Arter, 17 (1:0), Payet, 67 (1:1), Valensiya, 74 (1:2), 84 (1:3)

"Nyukasl" - "Mançester Yunayted" - 3:3
Qollar:
 Runi, 9-pen (0:1), Linqard, 38 (0:2), Viynaldum, 42 (1:2), Mitroviç, 67-pen (2:2), Runi, 79 (2:3), Damnet, 90 (3:3)