"Mançester Yunayted" sabiq kapitanını sata bilər

"Mançester Yunayted" sabiq kapitanı Harri Maquayrla yollarını ayırmağı planlaşdırır.

Sportline.az "Sun Sport" nəşrinə istinadən xəbər verir ki, 32 yaşlı müdafiəçi ilə Səudiyyə Ərəbistanı klubları yaxından maraqlanır.

İngiltərə klubu Harrini satmağa hazırdır.

Qeyd edək ki, ingiltərəli stopperin dəyəri 13 milyon avrodur.