“Mançester Yunayted üçün əlimdən gələni edəcəyəm"
”Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim Mançester derbisindən sonra jurnalistlərin qabağına çıxıb.
Sportline.az xəbər verir ki, İngiltərə Premyer Liqasında 4-cü turun mərkəzi oyununda "Mançester Siti" öz meydanında "Mançester Yunayted"ə 3-0 hesabı ilə qalib gəlib. Oyundan sonra qonaqların baş məşqçisi jurnalistlərin qabağına çıxıb:
“Manchester Yunayted üçün əlimdən gələni edəcəyəm. Mən azarkeşlərdən daha çox əzab çəkirəm. Oyun fəlsəfimi dəyişdirməyəcəm. Əgər rəhbərlər bunu dəyişməyimi istəyirsə, məni də dəyişsinlər”, - deyə Amorim bildirib.