"Mançester Yunayted" "Vest Hem"ə 80 milyon avro ödəyəcək?

"Mançester Yunayted" "Vest Hem"in futbolçusu Mateuş Fernandeşi heyətinə qatmaq niyyətindədir.

Sportline.az xəbər verir ki, bu haqda "Team Talk" nəşri məlumat yayıb.

"Vest Hem" 21 yaşlı yarımmüdafiəçi üçün 80 milyon avro tələb edir.

Qeyd edək ki, M.Fernandeş cari mövsüm meydana çıxdığı 41 matçda 5 qol, 4 asistlə yadda qalıb.