"Mançester Yunayted" yeni hücumçu axtarışına çıxıb
"Mançester Yunayted" qışda heyətinə yeni hücumçu transfer etməyi planlaşdırır.
Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, "Əl Qədisiyə"nin italiyalı forvardı Mateo Reteqi karyerasını İngiltərədə davam etdirə bilər.
26 yaşlı futbolçunun dəyəri 45 milyon avrodur.
Qeyd edək ki, Reteqi bu mövsüm meydana çıxdığı 5 matçda 3 qolla yadda qalıb.