"Mançester Yunayted" yeni qapıçı axtarışına çıxıb

"Mançester Yunayted" "Real Madrid"in qapıçısı Andrey Lunini transfer etməyə maraq göstərir. 

Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, İngiltərə təmsilçisi kamerunlu qapıçı Andre Onananın çıxışından narazıdır. Klub, Onananı Luninlə əvəz etməyi planlaşdırır.

Bildirilir ki, bu keçid yay transfer pəncərəsində baş tuta bilər.  

Qeyd:  Andrey Lunin cari mövsümdə "Real Madrid"in heyətində 9 oyunda iştirak edib və 12 qol buraxıb.

Kurtuanın zədədən qayıtmasından sonra o, əsas heyətdəki mövqeyini itirib. Luninin Madrid klubu ilə müqaviləsi 2023-cü ildə başa çatır.