"Mançester Yunayted"dən aşağı dəstəyə

"Mançester Yunayted" yarımmüdafiəçisi Ceyms Qarnerlə yeni müqavilə imzalayıb.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, 20 yaşlı futbolçu ilə müqavilənin müddəti 2024-cü ilin yayına qədər uzadılıb.

Yeni müqavilə imzalandıqdan sonra Qarner 2021/22 mövsümünün sonuna qədər "Nottinqem Forest"ə icarəyə göndərilib.